Gündəlik qidalanmada bəzi məhsullar bağırsaq mikrobiotasının tarazlığını pozur və iltihab proseslərini gücləndirir. Mütəxəssislər xüsusilə bu 6 qrupa diqqət çəkirlər:
Ultra emal olunmuş qidalar – hazır kekslər, peçenyelər, çipslər, krakerlər və digər sənaye məhsulları.
Doymuş və trans yağlar – hazır qızartmalar, vafli, pizza, börək və digər yüksək emal olunmuş məhsullar.
Şəkər və süni dadlandırıcılar – xüsusilə şəkərli içkilərin müntəzəm istifadəsi.
Hazır içkilər – qazlı içkilər, enerji içkiləri, hazır meyvə şirələri və ətirli içkilər.
Rafinə olunmuş bitki yağları – yüksək miqdarda və müntəzəm istifadə edildikdə qidalanmanın keyfiyyətini aşağı salır.
Emal olunmuş ətlər – xüsusilə hisə verilmiş və digər emal olunmuş ət məhsulları.
Bəs nə yeməli?
Bağırsaq mikrobiotasını dəstəkləmək üçün tərəvəz, meyvə, paxlalılar, yulaf, bulqur, qoz-fındıq, sarımsaq, soğan, kətan toxumu, zeytun yağı və fermentləşdirilmiş süd məhsullarına (qatıq, kefir, ayran) üstünlük vermək tövsiyə olunur. Balıq və paxlalıların müntəzəm, zeytun yağının isə gündəlik qəbulu da sağlam qidalanmanın vacib hissəsidir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
