Gundelik.az Mədəniyyət və cəmiyyət Xolesterin xəbərdarlığı: İllərlə əlamət vermədən ürək və damarları təhdid edir
Mədəniyyət və cəmiyyət Xəbərlər

Xolesterin xəbərdarlığı: İllərlə əlamət vermədən ürək və damarları təhdid edir

Yüksək xolesterin illərlə heç bir əlamət yaratmadan damarların divarında yığılır və ürək-damar xəstəlikləri riskini artırır. Buna görə baş ağrısı, başgicəllənmə və ya digər şikayətlərin olmaması xolesterinin normal olduğu anlamına gəlmir.

Xüsusilə LDL (“pis” xolesterin) yüksək olduqda damar divarında aterosklerotik lövhələrin yaranma riski artır. LDL üçün ideal göstərici isə hər kəsdə eyni deyil. Yaş, ailə tarixçəsi, diabet, yüksək təzyiq, böyrək xəstəlikləri, siqaret istifadəsi və əvvəlki ürək-damar xəstəlikləri ümumi riski müəyyənləşdirir.

Müalicə tələb olunan bəzi orta riskli şəxslərdə LDL-nin 100 mq/dL-dən aşağı, yüksək risk qrupunda 70 mq/dL-dən aşağı, çox yüksək riskli şəxslərdə isə 55 mq/dL-dən aşağı olması hədəflənir.

Uşaqlarda da nəzarət vacibdir

Xüsusilə ailəsində erkən yaşda infarkt, insult və ya ciddi xolesterin yüksəkliyi olan uşaqlarda yoxlanış daha erkən yaşlarda aparılır. Ailəvi hiperkolesterolemiya zamanı LDL genetik səbəblərlə uşaqlıqdan yüksək olur.

Xolesterin səviyyəsini müəyyən etmək üçün qan analizində ümumi xolesterin, LDL, HDL və triqliseridlər birlikdə qiymətləndirilir.

Sağlam qidalanma, müntəzəm fiziki aktivlik, normal çəkinin qorunması və tütün məhsullarından uzaq durmaq xolesterinin idarə olunmasında mühüm rol oynayır. Lakin genetik mənşəli ciddi LDL yüksəkliyində yalnız həyat tərzi dəyişiklikləri kifayət etmir. Müalicə və dərman ehtiyacı həkim tərəfindən müəyyənləşdirilməlidir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version