Gundelik.az Xəbərlər ⁠Ailə, qadın və uşaq Mehriban Əliyeva: müasir Azərbaycan ictimai-siyasi tarixində yeni qadın obrazı
⁠Ailə, qadın və uşaq Aktual Ədəbiyyat Xəbərlər

Mehriban Əliyeva: müasir Azərbaycan ictimai-siyasi tarixində yeni qadın obrazı

    Müasir mərhələdə vətənimiz Azərbaycanı səciyyələndirən çoxsaylı unikal əlamətləri sadalamaq mümkündür. Bu unikal əlamətlərin bir çoxu zamanla, ictimai-siyasi proseslərin gedişi və inkişafı ilə formalaşır. Müasir Azərbaycan İctimai həyatında qadınların təsirli, töhfəverici rolu ölkəmizi səciyyələndirən əlamətlər sırasında öndə gəlir. Sözsüz ki, Azərbaycan tarixində qadınların ictimai, mədəni və siyasi həyatda iştirakı ilə bağlı zəngin təcrübə, ənənə mövcuddur. Lakin müasir dövrdə bu ənənə tamam yeni məna kəsb etməkdədir. Bu mənanı daha aydıngörmək, başa düşmək, yəni, müasir Azərbaycan cəmiyyətində qadınların rolu haqqında aydın təsəvvürə malik olmaq üçün Mehriban xanım Əliyevanın ölkəninictimai-siyasi həyatında roluna və ümumiyyətlə, fəaliyyətinə diqqqət yetirmək vacibdir. Çünki, Mehriban xanım Əliyeva obrazı ölkənin ictimai-siyasi həyatında fəal və səmərəli rol oynamaqla yanaşı, həm də öz işləri ilə xalqın mənəvi kimliyinin formalaşmasına ciddi töhfə verən, onun milli yaddaşını qoruyan, milli mədəniyyəti inkişaf etdirən, müasir Azərbaycanda əsl xeyriyyəçilik institutunu yaradan və inkişaf etdirən, ölkəni beynəlxalq səviyyədə ləyaqətlə təmsil edən bir Azərbaycan qadınının hekayəsidir. Yəni, Azərbaycan qadınının müasir obrazı – ən vacib dövlət və ictimai məsələlərin həllində iştirak edə bilən savadlı, peşəkar, sosial məsuliyyətli bir qadın obrazı. Onun hazırkı və gələcək nəsillər qarşısında ən böyük xidmətlərindən biri də milli-mədəni irsin qorunması və təbliği ilə bağlıdır.
Mübaliğəsiz demək olar ki, istənilən bir xalqın mövcudluğu və inkişafı birbaşa onun milli-mədəni irsi ilə bağlıdır. Yəni, milli-mədəni irs insanların milli kimliyini ifadə edir, onlara özlərini tanıdır, inkişaf etdirir və milli identiklik amilini gücləndirir. Sürətlə qloballaşan, bütün sahələrdə olduğu kimi, mədəniyyətlər arasındakı sərhədlərin də getdikcə itdiyi bir dünyada milli-mədəni irsin qorunmasının əhəmiyyətinin nə dərəcədə böyük olduğunu dərk etmək çətin deyil.
Bu mənada, xatırlatmaq yerinə düşər ki, hələ ötən əsrin 90-cı illərdən Mehriban xanım Əliyeva Azərbaycan xalqının mədəni dəyərlərinin beynəlxalq səviyyədə təbliği istiqamətində genişmiqyaslı fəaliyyətə başlamışdır. Həm də, bu fəaliyyətinin institusional əsası yaratmışdır. Belə ki, onun rəhbərliyi ilə 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondu yaradılmış, 1996-cı ildə isə ölkənin tarixi və mədəniyyəti haqqında məlumatları Azərbaycan, rus və ingilis dillərində yaymaq məqsədi daşıyan “Azərbaycan-İrs” jurnalının nəşrinə başlanmışdır. Azərbaycan Mədəniyyət Fondunun xalqımızın dünya mədəniyyətinə inteqrasiyasında əvəzsiz rolu vardır. Mehriban xanım Əliyevanın Azərbaycan xalqının və ümumiyyətlə, dünya xalqlarının mədəni irslərinin qorunması sahəsində verdiyi töhfələr beynəlxalq səviyyədə yüksək qiymətləndirilməkdədir.
Mehriban xanım Əliyeva bacarıqlı təşkilatçı və idarəedicidir. Bu mənada, 2004-cü ildə yarandığı gündən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xalqın, cəmiyyətin həyatında xüsusi yeri və rolu məhz yüksək təşkilatçılıq və idarəçilik qabiliyyətinin göstəricisidir. Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu təhsil və səhiyyədən tutmuş mədəniyyətə, tarixi abidələrin qorunmasına və uşaqlara, həssas təbəqələrə dəstəyə qədər ən müxtəlif sahələrdə davamlı olaraq uğurlu layihələr həyata keçirməkdədir. Fond tərəfindən işğaldanazad edilmiş ərazilərimizdə tarixi, mədəni və dini abidələrin bərpası və Qarabağ mədəni irsinin təbliği istiqamətində həyata keçirilən genişmiqyaslı işləri də ayrıca qeyd etmək lazımdır. Bu, bir daha göstərir ki, Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə unikal ictimai fəaliyyət modelini formalaşdırmağı bacarmışdır.
Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının dövlət idarəçiliyi sistemində vitse-prezidentlik institutunun uğurlu olması da Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi biz həm də onun parlaq ictimai və dövlət xadimi obrazını gördük. Məhz onun sayəsində Birinci vitse-prezident vəzifəsi Azərbaycanın müasir dövlət idarəçiliyi sisteminin mühüm bir elementinə çevrildi. Bununla bərabər, qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın bir neçə onilliklər ərzində gördüyü
işlər, verdiyi töhfələr ənənəvi Birinci vitse-prezident və ya ictimai xadim obrazının sərhədlərindən xeyli kənara çıxıb. Belə ki, Mehriban xanım Əliyeva ölkədə ən müxtəlif-humanitar, mədəni, təhsil və sosial sahələrdə ən genişmiqyaslı və səmərəli fəaliyyəti həyata keçirən şəxsdir. Yəni, onun rolunu yalnız yerinə yetirdiyi dövlət vəzifəsi prizmasından qiymətləndirmək yetərli deyildir. Mehriban xanım Əliyevanın fəaliyyətinin əhəmiyyətli hissəsi mədəniyyət, xeyriyyəçilik, təhsil, səhiyyə, tarixi irsin qorunması və beynəlxalq humanitar əməkdaşlıq sahələrindəki sistemli işləri əhatə edir. Xüsusilə qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın təhsilin inkişafı istiqamətində fəaliyyəti təkcə cəmiyyətin hazırkı rifahına deyil, həm də Azərbaycanın gələcəyinə qoyulan çox təsirli investisiyadır.
Çünki, təhsil insan kapitalının keyfiyyətini, insan kapitalı isə dövlətin uzunmüddətli dayanıqlığını müəyyən edən əsas amillərdəndir. Bu baxımdan, təsadüfi deyildir ki, Mehriban xanım Əliyevanın fəaliyyətində təhsilə dəstək mərkəzi yeri tutur. Bu dəstək məktəblərin tikintisi və təmiri, təhsilinfrastrukturunun təkmilləşdirilməsi, uşaqların, gənc istedadların və ixtisaslaşmış təhsil müəssisələrinin dəstəklənməsi, fərdi sosial layihələrin həyata keçirilməsi və s. formalarda göstərilir. Onun eyni zamanda səhiyyə sahəsinə yaxından diqqət göstərməsi, müxtəlif profilli tibb mərkəzlərinin yaradılması, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinin həm ölkədə, həm də xaricdə təşkili aydın göstərir ki, hər kəsin həyatı, taleyi vacib dəyər kimi qəbul olunur.
Bununla, həm də unikal sosial həmrəylik nümunəsi formalaşır. Yəni, humanizm, xeyirxahlıq, bütün addımlarda insani amildən çıxış etmək Mehriban xanım Əliyevanın ictimai imicinin, obrazının ən xarakterik cəhətlərindən biridir.
Həqiqətən də, biz hər zaman müşahidə edirik ki, böyük dövlət proqramlarının müəyyənləşdirilməsi və həyata keçirilməsi zamanı diqqət mərkəzində konkret insan amili dayanır: məktəbə ehtiyacı olan uşaq; köməyə ehtiyacı olan ailə; müalicəyə ehtiyacı olan xəstə; dəstəyə ehtiyacı olan yaşlı insan və s. Göründüyü kimi, göz önündə Mehriban xanım Əliyevanın ictimai fəaliyyəti və dövlət siyasətini konkret insan taleləri ilə əlaqələndirə bilmək bacarığı var.
Mehriban xanım Əliyevanın fəaliyyətinin beynəlxalq ölçüləri də diqqəti cəlb edir. Ölkəmizin beynəlxalq təmaslarının genişləndirilməsində, qlobal miqyasda tanıdılmasında ən təsirli alətlərdən birinə çevrilmiş mədəni diplomatiyanın müəllifi məhz odur. Mehriban xanım Əliyevanın rəhbərliyi və birbaşa təşkilatçılığı ilə baş tutan beynəlxalq musiqi festivalları, muğama həsr olunmuş tədbirlər, sərgilər, kitab nəşrləri, bərpa layihələri və s. milli mədəniyyətimizin dünya sivilizasiyasının müstəqil və əhəmiyyətli bir hissəsi kimi təqdim olunmasını şərtləndirmişdir.
Tarixi təcrübə sübut edir ki, ictimai və siyasi xadimin tarixi rolu təkcə onun tutduğu vəzifə və həyata keçirdiyi fəaliyyətin miqyası ilə ölçülmür. Bu rol başlıca olaraq şəxsin artıq yaratdığı mirasla, formalaşdırdığı irslə müəyyən edilir. Bu mənada, Mehriban xanım Əliyevanın Azərbaycanın müasir ictimai-siyasi həyatında rolunu bir neçə aspektdən çıxış edərək müəyyənləşdirmək mümkündür:
Birincisi, Azərbaycan milli mədəniyyətinin qorunub saxlanılması vəbeynəlxalq səviyyədə fəal tanıdılması;

İkincisi, ölkədə xeyriyyəçilik institutunun formalaşdırılması;
Üçüncüsü, səhiyyə, təhsil infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi. İdmanın inkişafına xüsusi diqqət;
Dördüncüsü – dövlətlərarası və xalqlararası dialoqun mədəni diplomatiya mexanizminin yaradılması;
Beşinci – Birinci vitse-prezidentlik institutunun müasir Azərbaycan dövlət idarəçilik sisteminin ən funksional və mühüm elementinə çevrilməsi.
Göründüyü kimi, Mehriban xanım Əliyevanın rolu təkcə onun həyata keçirdiyi çoxvektorlu fəaliyyətlə deyil, həm də gələcək nəsillərə qoyduğu
dəyərlərlə ölçülür. Çünki, bir xalq üçün milli dövlət klassik elementlərlə yanaşı, həm də mədəniyyət, dil, tarixi yaddaş, simvollar, adət-ənənələr, insan ləyaqəti deməkdir ki, Mehriban xanım Əliyeva öz fəaliyyətində hər zaman bu amillərə istinad edir.


Elşad Mirbəşir oğlu
YAP İdarə Heyətinin üzvü, Siyasi elmlər doktoru

Gundelik.az

Exit mobile version