Gundelik.az Mədəniyyət və cəmiyyət Sağlam və enerjili həyat üçün 7 sual
Mədəniyyət və cəmiyyət Xəbərlər

Sağlam və enerjili həyat üçün 7 sual

Uzun və sağlam ömür üçün bahalı proqramlara və mürəkkəb rutinlərə ehtiyac yoxdur. Keyfiyyətli yuxu, gündəlik hərəkət, balanslı qidalanma və stressin düzgün idarə olunması sağlamlığın qorunmasında mühüm rol oynayır.

Sağlam və balanslı həyat tərzi yalnız detoks, qida əlavələri və ya qısa müddətli rahatlama demək deyil. Əsas məqsəd gündəlik həyatda davamlı sağlam vərdişlər formalaşdırmaqdır.

Özünüzə bu 7 sualı verin:

Enerjim necədir?

Yuxum keyfiyyətlidirmi?

Əzələlərim kifayət qədər güclüdürmü?

Qan şəkərim balanslıdırmı?

Stressdən sonra tez toparlana bilirəmmi?

İmmunitetim və maddələr mübadiləm məni dəstəkləyirmi?

Gələcək illər üçün sağlamlıq ehtiyatımı qoruya bilirəmmi?

Həftəlik sadə sağlamlıq planı

Hər gün 20–30 dəqiqə gəzin.

Hər əsas yeməkdə zülal və lifə yer verin.

Yeməkdən sonra qısa müddət hərəkət edin.

Yuxu saatınızı mümkün qədər sabit saxlayın.

Həftədə 2–3 gün squat, divara söykənərək şınav, plank, pilləkən çıxmaq və dartınma kimi sadə güc hərəkətləri edin.

Həftədə 1–2 dəfə təbiətdə daha uzun gəzinti və ya ekransız vaxt keçirin.

Sosial əlaqələrə və istirahətə vaxt ayırın.

Mütəxəssis bildirir ki, sağlamlıq yalnız xəstəliyin olmaması ilə ölçülmür. Əzələ gücü, yuxu keyfiyyəti, ürək-ağciyər dözümlülüyü, metabolik sağlamlıq və stressə uyğunlaşma qabiliyyəti də gələcək həyat keyfiyyətində mühüm rol oynayır.

Xüsusilə ürək-damar xəstəliyi, ritm pozğunluğu, nəzarətsiz yüksək təzyiq, diabet, böyrək və ya qaraciyər xəstəliyi olanlar, hamilə və süd verən qadınlar, həmçinin yaşlı və zəif şəxslər intensiv məşq, uzunmüddətli aclıq və soyuq-istilik tətbiqlərini həkim məsləhəti olmadan etməməlidirlər.

Sağlam həyat ayrıca həyata keçirilən bir fəaliyyət deyil — gündəlik həyatın özünü daha sağlam qurmaqdır.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version