Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 3,2 ABŞ dolları və ya 3,36% ucuzlaşaraq 91,93 ABŞ dollarına enib.
Bu barədə Gundelik.az-a neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,12 dollar və ya 3,4% ucuzlaşaraq 88,50 ABŞ dolları təşkil edib.
“URALS” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,52 dollar və ya 5,14% azalaraq 64,89 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,6 dollar və ya 3,89% azalaraq 89,00 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

