Sevgi həyatınızı dərindən sarsıdacaq 5 acı həqiqət!
Sevgi hər şeyi həll etməyə kifayət etmir. Bəzən ən güclü hisslər belə münasibəti qoruyub saxlaya bilmir. Gözləntilər, ünsiyyət çatışmazlığı və dəyişməsini istədiyiniz davranışlar zamanla münasibətin gedişatını dəyişə bilər. Sevgi həyatınıza fərqli prizmadan baxmağınıza kömək edəcək bu həqiqətlər sizə düşündüyünüzdən daha tanış gələ bilər.
Sevgi münasibəti qoruyub saxlamaq üçün hər zaman kifayət etmir. Qarşılıqlı sevgi ilə yanaşı, hörmət, ünsiyyət və səy də sağlam münasibətin əsasını təşkil edir. Münasibətlərdə yol verilən bəzi səhvlər isə zamanla cütlüklərin bir-birindən uzaqlaşmasına səbəb ola bilər.
Gundelik.az sevgi həyatınıza fərqli prizmadan baxmağınıza kömək edəcək 5 həqiqəti təqdim edir:
1. Sevgi təkbaşına kifayət etmir
Münasibətdə sevgi və ehtiras mühüm olsa da, uzunmüddətli birliktelik üçün bunlar kifayət etmir. Qarşılıqlı hörmət, güvən, ortaq dəyərlər və münasibət naminə göstərilən səy olmadan sağlam münasibətin davam etdirilməsi çətinləşir.
2. Heç kimi dəyişdirə bilməzsiniz
Birlikdə olduğunuz insanı öz istəklərinizə uyğun dəyişdirməyə çalışmaq münasibətdə məyusluğa səbəb ola bilər. İnsanlar yalnız özləri dəyişmək istədikdə bu istiqamətdə addım atırlar. Buna görə də tərəfdaşınızı olduğu kimi qəbul etmək və gözləntilərinizi real saxlamaq böyük əhəmiyyət daşıyır.
3. Qüsursuz insan deyə bir şey yoxdur
Münasibətlərdə hər kəsin xəyalındakı qüsursuz insanı axtarması reallığa uyğun olmayan gözləntilər yarada bilər. Əsas məsələ heç vaxt problem yaşamamaq deyil, problemlər qarşısında birlikdə hərəkət edə bilmək və məsuliyyəti bölüşməkdir.
4. Ünsiyyət çatışmazlığı münasibəti tükəndirir
Problemləri müzakirə etmək əvəzinə onları görməzdən gəlmək zamanla incikliklərin və qəzəbin yığılmasına səbəb ola bilər. Hissləri açıq şəkildə ifadə etmək, qarşı tərəfi dinləmək və problemləri birlikdə həll etməyə çalışmaq münasibətin sağlam şəkildə davam etməsinə kömək edir.
5. Keçmiş yaralarınızı tərəfdaşınız sağalda bilməz
Keçmişdə yaşanan mənfi təcrübələrin və emosional yaraların tamamilə tərəfdaş tərəfindən aradan qaldırılmasını gözləmək münasibət üzərində təzyiq yarada bilər. Sağlam münasibətdə tərəflər bir-birinə dəstək ola bilərlər. Bununla yanaşı, şəxsi problemlərlə üzləşmək və ehtiyac olduqda peşəkar yardım almaq da vacibdir.
Nuri
Gundelik.az