Rəqibinin intim nahiyəsindən yapışdı: Reqbi ulduzunu 4 ilədək diskvalifikasiya gözləyir!

Rəqibinin intim nahiyəsindən yapışdı: Reqbi ulduzunu 4 ilədək diskvalifikasiya gözləyir!

İntizam dinləməsinin tarixi hələ müəyyənləşdirilməyib.

United Rugby Championship çempionatı çərçivəsində "Lenster" və "Manster" komandaları arasında keçirilən matçda qalmaqallı hadisə baş verib. "Lenster"in oyunçusu Tadh Ferlonq rəqibinin intim nahiyəsindən yapışmaqda ittiham olunur. İdmançını uzunmüddətli diskvalifikasiya, hətta komandadan kənarlaşdırılma təhlükəsi gözləyir.

Gundelik.az xəbər verir ki, bu barədə GB News məlumat yayıb.

Hadisə "Lenster"in 24:18 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 37-ci dəqiqəsində baş verib. Zərərçəkən «Manster»in oyunçusu Qevin Kumbs epizoddan dərhal sonra hakimə şikayət edib. Lakin matçın mövcud video görüntülərində hadisəni aydın şəkildə görmək mümkün olmayıb.

Daha sonra "Manster" intizam komissarı Piter Ferqyusona əlavə video görüntülər təqdim edib. İddialara görə, həmin kadrlarda hadisə kifayət qədər aydın əks olunub.

Bu materiallar əsasında Ferlonqa idman rəqabətinin ruhuna zidd davranışla bağlı 9.27-ci maddə üzrə ittiham irəli sürülüb. Həmin qayda rəqibin cinsiyyət orqanlarından yapışmağı, onları burmağı və ya sıxmağı ayrıca qadağan edir.

İdmançının təqsiri sübuta yetirilərsə, onu 12 həftədən 4 ilədək diskvalifikasiya gözləyə bilər. Uzunmüddətli cəza alacağı təqdirdə Ferlonq İrlandiya millisinin noyabr ayında Nations Championship turniri çərçivəsində keçirəcəyi oyunları buraxacaq.

İntizam dinləməsinin tarixi hələ müəyyənləşdirilməyib.

"Manster»in baş məşqçisi Kleyton Makmillan futbolçusuna tam etibar etdiyini bildirib: «Əgər o, belə bir bəyanatla çıxış edirsə, bunu düşünmədən etməzdi".

"Lenster"in baş məşqçisi Leo Kallen isə ilkin baxış zamanı qayda pozuntusunu görmədiyini söyləyib. Bununla belə, o, irəli sürülən ittihamın ciddi olduğunu etiraf edib.

Daha əvvəl Hindistanda bir qadının ərinin cinsiyyət orqanının bir hissəsini dişləyərək qopardığı bildirilmişdi. Hadisə kişi teatrda həyat yoldaşını sevgilisi ilə birlikdə yaxalayarkən baş vermişdi.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.