“Qiyamət günü radiostansiyası” yenidən işə düşdü: dörd müəmmalı mesaj yayımlandı

“Qiyamət günü radiostansiyası” yenidən işə düşdü: dörd müəmmalı mesaj yayımlandı

“Qiyamət günü radiostansiyası” şər və kvas haqqında mesajlar yayımlayıb

UVB-76 radiostansiyası tərkibində “şər”, “heyranlıq”, “kvas” və “ləzzət” sözlərinin yer aldığı dörd mesaj yayımlayıb.

Gundelik.az xəbər verir ki, bu barədə onun efirini izləyən “UVB-76 lоги” Telegram kanalı məlumat yayıb.

“Qiyamət günü radiostansiyası” adlandırılan stansiya Moskva vaxtı ilə saat 09:11-də yayıma başlayıb. İlk mesaj “zевосторг” sözündən ibarət olub. Düz 40 dəqiqə sonra ikinci mesaj səsləndirilib. Bu dəfə mesajda “злословье” sözü yer alıb.

Digər iki mesaj isə saat 13:52 və 14:25-də efirə verilib. Onlarda “квасостол” və “смакобол” sözləri olub.

UVB-76 1976-cı ildən yayımlanan qısadalğalı radiostansiyadır. Radiohəvəskarlar arasında “vızıldayan” adı ilə tanınır. Buna səbəb efirin böyük hissəsini səs-küy və xarakterik vızıltının təşkil etməsidir. UVB-76 tezliklərində şifrələnmiş mesajlar ötürülür. Sosial şəbəkə istifadəçiləri bu mesajları dünya hadisələri ilə əlaqələndirirlər.

Daha əvvəl bildirilmişdi ki, həvəskarlar UVB-76 ilə müqayisə edilən yeni nömrəli radiostansiyanın ötürücüsünün yerləşdiyi yeri müəyyənləşdirə biliblər. Həmin stansiya ABŞ və İsrailin İrana zərbələrindən dərhal sonra fars dilində yayıma başlayıb.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.