Nazirlər Milli Məclisə toplaşırlar
2027-ci ilin dövlət büdcəsi zərfi Milli Məclisdə müzakirəyə çıxarılır.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, büdcə zərfinə daxil olan sənədlər parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 5-də keçiriləcək iclasında müzakirə olunacaq.
Müzakirələrdə maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər qurumların əməkdaşlarının iştirak edəcəyi gözlənilir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bundan əlavə, Milli Məclisin digər müvafiq komitələrinin iclaslarında da hökumət rəsmiləri iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri son proqnozlara əsasən 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində gözlənilir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.