Məşhur futbolçu ilə ayrıldı, 14 gün sonra 3 övladının atası ilə nişanlandı!
Toy çox yaxında olacaq
Vinisius Juniorun oktyabrın 11-də ayrıldığı sevgilisi Vircinia Fonseka üç övladının atası olan keçmiş partnyoru ilə nişanlanıb. Vircinia yaxın zamanda evlənəcəklərini açıqlayıb.
Gundelik.az xəbər verir ki, “Real Madrid”in braziliyalı ulduzu Vinisius Junior ilə oktyabrın 11-də yollarını ayıran Vircinia Fonseka şəxsi həyatındakı gözlənilməz hadisə ilə gündəmə gəlib.
Məşhur futbolçudan ayrıldıqdan sonra çox vaxt itirməyən Vircinia həyatında mühüm qərar verib.
3 övladının atası ilə nişanlandı
Ayrılıqdan qısa müddət sonra Vircinia Fonseka üç övladının atası olan keçmiş sevgilisi ilə yenidən bir araya gələrək nişanlandığını açıqlayıb.
Toy çox yaxında olacaq
Xəbəri sosial media hesablarında və yaxın ətrafı vasitəsilə paylaşan Vircinia çox qısa müddət ərzində nikah masasına oturacaqlarını bildirib.
Ayrılıqdan dərhal sonra gələn bu gözlənilməz nişan və evlilik qərarı maqazin və idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Nuri
Gundelik.az