Qərarları ilə tənqid hədəfinə çevrilən Asen Albayraka tarixi cəza verildi
VAR-ın xəbərdarlığına baxmayaraq, qərarını dəyişmədi
Ötən həftəsonu 1-ci Liqada keçirilən “Kayserispor” - “Batman Petrolspor” qarşılaşmasında təyin etdiyi penalti ilə gündəmə gələn FİFA referisi Asen Albayrak bu həftəsonu gözlənilməz təyinat alıb.
Gundelik.az xəbər verir ki, təcrübəli hakim peşəkar liqalar əvəzinə Ankara Super Həvəskar Liqasında oyuna təyinat alıb.
VAR-ın xəbərdarlığına baxmayaraq, qərarını dəyişmədi
Ötən həftəsonu 1-ci Liqada keçirilən “Kayserispor” – “Batman Petrolspor” matçında təyin etdiyi mübahisəli penalti ilə diqqət mərkəzinə düşən FİFA referisi Asen Albayrakla bağlı diqqətçəkən qərar verilib.
“Kayserispor”un lehinə penalti qərarı verən hakim VAR-ın xəbərdarlığına baxmayaraq, qərarını dəyişməyib. Bu hadisə futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub və hakim ciddi tənqidlərə məruz qalıb.
Super Həvəskar Liqasında fit çaldı
Asen Albayrakın bu həftə təyinat alıb-almayacağı maraq doğururdu. Təcrübəli hakim bu dəfə peşəkar liqalarda deyil, həvəskar liqada oyun idarə edib.
Mərkəzi Hakimlər Komitəsinin (MHK) təyinatı ilə Albayrak Ankara Super Həvəskar Liqasında mübarizə aparan “Mamak Belediyespor” və “Anadolubeyispor” komandaları arasındakı qarşılaşmanı idarə edib.
Nuri
Gundelik.az