İnanılmaz! 90 dəqiqədə başına gəlməyən hadisə qalmadı
Qələbənin qəhrəmanı qırmızı vərəqə aldı
Türkiyə 1-ci Liqasının 12-ci turunda “Bursaspor” səfərdə “Ankara Keçiörengücü”nü 4:2 hesabı ilə məğlub edib.
Gundelik.az xəbər verir ki, “Bursaspor”un futbolçusu Linkoln Enrike 1 qol və 3 məhsuldar ötürmə ilə matçın ulduzuna çevrilsə də, braziliyalı oyunçu 87-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Enrike matça damğa vurdu
Türkiyə 1-ci Liqasının 12-ci turunda “Bursaspor” səfərdə “Ankara Keçiörengücü” ilə qarşılaşıb. Qollu keçən görüşdə rəqibini 4:2 hesabı ilə məğlub edən “Bursaspor” həftəni üç xalla başa vurub.
Komandasının qələbəsində əsas rol oynayan braziliyalı ulduz Linkoln Enrike möhtəşəm çıxışı ilə diqqət çəkib. Qarşılaşmanı 1 qol və 3 məhsuldar ötürmə ilə başa vuran futbolçu komandasının hücumlarının əsas təşkilatçısı olub.
Qələbənin qəhrəmanı qırmızı vərəqə aldı
Yüksək səviyyəli oyunu ilə qələbənin memarına çevrilən Linkoln Enrike qarşılaşmanın son dəqiqələrində xoşagəlməz hadisə ilə üzləşib.
Matçın 87-ci dəqiqəsində qırmızı vərəqə alan təcrübəli futbolçu meydandan qovulub və komandasını son dəqiqələrdə azlıqda qoyub.
Beləliklə, braziliyalı futbolçu bir matçda həm qol vurub, həm üç məhsuldar ötürmə verib, həm də qırmızı vərəqə alaraq qarşılaşmanın ən çox diqqət çəkən simasına çevrilib.
Nuri
Gundelik.az