“Kim Milyoner Olmak İstər?”də 1 milyonluq sualın cavabı hər kəsi təəccübləndirdi
“Hansı ölkənin Beynəlxalq Şahmat Federasiyası tərəfindən verilən ‘Böyük usta’ tituluna sahib heç bir vətəndaşı olmayıb?”
“Kim Milyoner Olmak İstər?” yarışmasında 1 milyon TL dəyərində olan şahmat sualı iştirakçının yarışmadan kənarlaşdırılmasına səbəb olub.
Gundelik.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının verdiyi “Böyük usta” tituluna sahib heç bir vətəndaşı olmayan ölkənin soruşulduğu yarışmada Türkiyə, Zambiya, Hindistan və Yaponiya variantları təqdim edilib. Zambiyanı seçən iştirakçı yanlış cavab verdiyi üçün yarışmanı tərk edib. Düzgün cavab isə hər kəsi təəccübləndirib.
Televiziyanın məşhur proqramlarından olan “Kim Milyoner Olmak İstər?” yarışmasının son buraxılışında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) verdiyi “Böyük usta” titulu ilə bağlı sual səsləndirilib. İştirakçı dörd ölkə arasından düzgün cavabı tapmağa çalışıb.
1 milyon TL dəyərindəki sual
İştirakçıya ünvanlanan 1 milyon TL-lik sual belə olub:
“Hansı ölkənin Beynəlxalq Şahmat Federasiyası tərəfindən verilən ‘Böyük usta’ tituluna sahib heç bir vətəndaşı olmayıb?”
Cavab variantları isə belə sıralanıb:
A) Türkiyə
B) Zambiya
C) Hindistan
D) Yaponiya
Zambiyanı seçdi, yarışmanı tərk etdi
Variantlar üzərində düşünən iştirakçı B bəndindəki Zambiyanı seçib. Lakin cavabının yanlış olduğu açıqlanandan sonra o, yarışmadan ayrılmalı olub.
Sualın düzgün cavabı isə D bəndindəki Yaponiya olub.
Yaponiyanın niyə böyük ustası yoxdur?
Şahmatda ən yüksək titullardan biri olan “Böyük usta” adı FIDE tərəfindən müəyyənləşdirilmiş nailiyyət meyarlarını yerinə yetirən şahmatçılara verilir. Türkiyə və Hindistanla yanaşı, Zambiyadan da bu titula sahib olan idmançılar var.
Yaponiyada isə şahmata bənzəyən ənənəvi strateji oyun olan şoqi (shogi) daha geniş yayılıb. Ölkənin beynəlxalq şahmatda “Böyük usta” tituluna sahib şahmatçı yetişdirməməsi yarışmada 1 milyon TL-lik sualın düzgün cavabını müəyyən edib.
Nuri
Gundelik.az