BDU-da 9 fakültəyə dekan seçiləcək
Bakı Dövlət Universitetinin (BDU) 9 fakültəsində dekan vəzifəsini tutmaq üçün müsabiqə elan edilib.
Gundelik.az xəbər verir ki, universitetin yaydığı məlumata görə, müsabiqədə iştirak etmək istəyən şəxslərdən sənədlər 2026-cı il noyabrın 24-dən etibarən qəbul olunacaq.
Sənədlərin qəbulu Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq bir ay müddətində həyata keçiriləcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Namizədlər müsabiqədə iştirak etmək üçün müəyyən edilmiş qaydalara əsasən tələb olunan sənədləri təqdim etməlidirlər.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.