M. Con Harrison 2026-cı il Buker mükafatının qalibi olub

M. Con Harrison 2026-cı il Buker mükafatının qalibi olub

Britaniyalı yazıçı M. Con Harrison “The End of Everything” (Hər şeyin sonu) romanına görə 2026-cı il Buker mükafatına layiq görülüb.

Gundelik.az xəbər verir ki, mükafatın rəsmi saytında yayımlanan məlumata əsasən, 81 yaşlı yazıçı Buker tarixində bu mükafatı qazanan ən yaşlı müəllif olub.

Distopik satira janrında yazılmış roman insanın dünyanı dərk etmə imkanlarını, gələcəyə münasibətini və müasir cəmiyyətin problemlərini bədii şəkildə araşdırır.

Münsiflər heyətinin sədri Meri Börd əsəri müasir siyasi və ictimai hadisələrin gələcəyin prizmasından təqdimatı kimi qiymətləndirib.

Qeyd edək ki, M. Con Harrisonun yaradıcılığı altı onilliyi əhatə edir. “The End of Everything” müəllifin 13-cü romanıdır.

Bu mükafat yazıçının uzunillik ədəbi fəaliyyətinin beynəlxalq səviyyədə tanınması baxımından mühüm hadisə hesab olunur.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.