Bioloqlar nadir sarı rəngli balıq tutdular – Səbəbi alimləri təəccübləndirdi
Bioloqlar təsadüfən dünyanın ən nadir sarı balıqlarından birini tutdular
ABŞ-də bioloqlar təsadüfən olduqca nadir sarı rəngli dəniz balığı aşkar ediblər.
Gündəlik.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Qeyri-adi balıq oktyabr ayında ABŞ Balıq və Vəhşi Təbiəti Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Nyu-York ştatında, Ontario gölünün Osveqo limanında tutulub.
Mütəxəssislər su hövzəsinin ekosistemini öyrənmək məqsədilə yerli balıq növlərinin planlı şəkildə ovlanması ilə məşğul olublar. Bioloqlardan birinin sözlərinə görə, balıq o qədər parlaq sarı rəngdə olub ki, onun yanında payız yarpaqları belə solğun görünürdü.
Alimlər izah ediblər ki, balığın qeyri-adi rəngi ksantoxromizm (xanthochromism) adlanan genetik pozuntu ilə əlaqədardır. Bu zaman heyvanın dərisi sarı rəng alır. Adətən, bu balıq növü tünd zeytuni rəngdə olur.
Bioloqların sözlərinə görə, tutulan balıq olduqca zəifləmiş vəziyyətdə olub, xəstə təsiri bağışlayıb və nəticədə ölüb. İxtioloqların (balıqları öyrənən alimlərin) apardığı müayinə zamanı onun dəri xərçəngindən əziyyət çəkdiyi müəyyən edilib.
Bioloqlar ümid edirlər ki, nadir nümunənin araşdırılması balıqlarda xərçəng xəstəliyinin yaranma səbəblərinin öyrənilməsinə kömək edəcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Şimali Dakota ştatında yaşayan bir nəfər də qeyri-adi görünüşlü mutant balıq tutmuşdu. Onun qarmağına qızılı rəngli dəriyə malik sudak düşmüşdü.
Nuri
Gundelik.az