Azərbaycan Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edib
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Ermənistana 23 milyon 699 min ABŞ dolları dəyərində mal ixrac edib.
Bu barədə Gundelik.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.
10 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 96,5 min ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xatırladaq ki, hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 189 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 5,7 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 27 milyard 921 milyon ABŞ dolları ixracın, 15 milyard 268 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 29,05 % artıb, idxal isə 20,6 % azalıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.