FAYDA İş Adamları Platformasının üzvləri N-Advert Reklam Şirkətinə səfər ediblər – FOTO

FAYDA İş Adamları Platformasının üzvləri N-Advert Reklam Şirkətinə səfər ediblər – FOTO

FAYDA İş Adamları Platformasının 30-dan çox sahibkar üzvü reklam və istehsalat sektorunda 15 illik təcrübəyə malik N-Advert Reklam Şirkətinin ofis və istehsalat sahəsinə ziyarət həyata keçirib.

Gündəlik.az xəbər verir ki, ziyarətin əsas məqsədi sahibkarları yerli istehsal imkanları ilə tanış etmək, biznes əlaqələrini genişləndirmək və yeni əməkdaşlıq imkanları yaratmaq olub.

Görüş çərçivəsində platforma üzvləri N-Advert Reklam Şirkətinin istehsalat prosesi, müasir texnoloji infrastrukturu və fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.

Bildirilib ki, şirkət 2000 kvadratmetr istehsalat sahəsinə və 25 ədəd böyükhəcmli, müasir reklam istehsalı avadanlığına malikdir. N-Advert artıq 15 ildir ki, reklam sektorunda fəaliyyət göstərərək bu sahədə öz mövqeyini möhkəmləndirir.

Tədbir zamanı FAYDA İş Adamları Platformasının rəhbəri, PhD Sakit Səmədov çıxış edərək platformanın əsas fəaliyyət istiqamətləri, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı faydalı biznes münasibətlərinin qurulmasının əhəmiyyətindən danışıb.

O, çıxışında 2027-ci il üçün iqtisadi proqnozlara, qarşıdakı dövrdə biznes mühitində gözlənilən dəyişikliklərə, sahibkarları gözləyən imkan və çağırışlara da toxunub. Sakit Səmədov gələcək fəaliyyətin düzgün planlaşdırılmasının və dəyişən iqtisadi şəraitə uyğun strategiyaların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunub ki, FAYDA İş Adamları Platformasının təşkil etdiyi bu cür ziyarətlərin əsas məqsədi sahibkarların bir-birinin fəaliyyəti ilə yaxından tanış olması, yerli istehsalın potensialının öyrənilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və biznes mühitində qarşılıqlı etimadın gücləndirilməsidir.

Ziyarətin sonunda qonaqpərvərliyə və şirkətin fəaliyyəti ilə ətraflı tanışlıq imkanı yaratdığına görə N-Advert Reklam Şirkətinin rəhbəri Namiq Nəbizadəyə və kollektivinə təşəkkür edilib.

Təşkilatçılar görüşün yeni əməkdaşlıqların, uğurlu layihələrin və uzunmüddətli tərəfdaşlıqların yaranmasına töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.

FAYDA İş Adamları Platformasının əsas şüarı isə belədir: “Birlikdə daha güclü, birlikdə daha faydalı!”

İnformasiya dəstəyi: Gundelik.az

Foto qalereya

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.