Kaya Kallas Suriyadan Rusiya ilə bağlı qərarını yenidən nəzərdən keçirməsini istəyir

Kaya Kallas Suriyadan Rusiya ilə bağlı qərarını yenidən nəzərdən keçirməsini istəyir

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Suriyanın Rusiyanın yeni regionlarını, Abxaziyanı və Cənubi Osetiyanı tanımaqla bağlı mövqeyindən imtina etməsini istəyir.

Gundelik.az xəbər verir ki, bu barədə “Rapporteur” nəşri mənbəyə istinadən məlumat yayıb.

Avropa diplomatik qurumunun nümayəndəsinin sözlərinə görə, Kallas bu məsələni Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şeybani və ölkə prezidenti Əhməd əş-Şaraa ilə bir neçə dəfə müzakirə edib.

Məlumata əsasən, məsələ oktyabr ayında Kallasın Suriyanın paytaxtı Dəməşqə səfəri zamanı da gündəmə gətirilib.

Avropa Komissiyasının digər nümayəndəsi isə bildirib ki, Aralıq dənizi üzrə Avropa komissarı Dubravka Şuitsa da ötən həftə Dəməşqə səfəri zamanı bu mövzunu müzakirə edib.

Xatırladaq ki, 2026-cı ilin avqustunda Rusiya Prezidenti Vladimir Putin suriyalı həmkarı Əhməd əş-Şaraa ilə danışıqlar aparıb. Görüş zamanı dövlət başçıları ikitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.