"Azərbaycanla sülh ən azı 400 illik bağlanmalıdır" - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını və onun institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini bildirib.
Gundelik.az "News-Armenia"-a istinadən xəbər verir ki, o, hökumət başçısı vəzifəsində əsas prioritetinin dönməz və uzunmüddətli sülhün təmin edilməsi olduğunu deyib.
O qeyd edib ki, Azərbaycanla sülh sazişi imzalanmalı və ratifikasiya edilməlidir. Baş nazir dünyada baş verən hadisələr fonunda uzunmüddətli sülhün təmin olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
“Dünyada baş verənləri gördükdə anlayırıq ki, dünya nizamı, əslində, dağılır. Xoşbəxtlikdən, bu dövrdə biz sülhə nail ola bildik. Lakin vəzifəmiz iki illik sülhü 20 ilə, bir ili 200 ilə, 200 ili isə 400 ilə və daha uzun müddətə çevirməkdir”, – Ermənistanın Baş naziri bildirib.