Azərbaycanda yeddi min ailəyə qurban payı veriləcək
Səudiyyə Ərəbistanı səfirliyi "Adahi" proqramı çərçivəsində Azərbaycan üçün göndərilən qurban ətlərinin paylanmasını həyata keçirib.
Gundelik.az APA-ya istinadla xəbər verir ki, tədbirin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Səudiyyə Ərəbistanı səfirliyi arasında təhvil-təslim aktı imzalanıb.
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli bu aksiyanın iki ölkənin müsəlman xalqları arasında əlaqələrin dərinləşdirilməsinə xidmət edəcəyini bildirib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd olunub ki, qurban ətinin ümumi çəkisi 46.5 ton təşkil edir və 7 min ailəni əhatə edəcək.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.