Avstraliyada inanılmaz tapıntı: Həvəskar xəzinə axtaran 1,2 kiloqramlıq qızıl külçə tapdı

Avstraliyada inanılmaz tapıntı: Həvəskar xəzinə axtaran 1,2 kiloqramlıq qızıl külçə tapdı

Avstraliyada inanılmaz tapıntı: Həvəskar xəzinə axtaran 1,2 kiloqramlıq qızıl külçə tapdı

Avstraliyada anonim qalmaq istəyən həvəskar xəzinə axtaran şəxs 1,2 kiloqram ağırlığında qızıl külçə aşkar edib.

Gundelik.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Şanslı axtarışçı bildirib ki, bir neçə gün ərzində Tibooburra şəhəri yaxınlığında axtarış aparıb. Nəhayət, metal detektoru siqnal verməyə başlayıb. Siqnal əvvəlcə zəif olduğundan kişi kiçik bir qızıl parçası tapdığını düşünüb. Lakin qazdıqca cihazın səsi getdikcə güclənib.

Nəticədə o, çəkisi bir kiloqramdan çox olan qızıl külçəni torpaqdan çıxarmağa nail olub. Tapıntının 940 qramı saf qızıldan, qalan hissəsi isə kvars qarışıqlarından ibarətdir. Xəzinə axtaran şəxs tapıntısına “Tibooburra kartofu” adını verib.

Belə bir qızıl külçənin bazar dəyəri 150-160 min Avstraliya dolları (təxminən 8,5-9 milyon rubl) ola bilər. Lakin tapıntının sahibi kolleksiyaçıların ona 200 min dollar (təxminən 11 milyon rubl) təklif edəcəyini düşünür.

Qeyd edək ki, daha əvvəl Belçikada pivə zavodunun zirzəmisində təmir işləri aparan inşaatçılar 8,8 milyon avro dəyərində qızıl külçələrlə dolu sandıq tapmışdılar. Qızılların binaya necə düşdüyü hələ də məlum deyil. Külçələrin bir çoxunun üzərində 1957 və 1961-ci illərə aid möhürlər var.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.