Birləşik əkizlərdən biri ailə qurdu: Əri ilə şəxsi həyatlarını necə yaşayırlar?

Birləşik əkizlərdən biri ailə qurdu: Əri ilə şəxsi həyatlarını necə yaşayırlar?

ABŞ-nin ən məşhur birləşik əkizləri Abby və Brittany Hensel eyni bədəni paylaşmalarına baxmayaraq, olduqca adi həyat sürdüklərini bildirirlər.

Onlar cəmi altı yaşlarında olarkən “The Oprah Winfrey Show” proqramına qatıldıqdan və həyatlarından bəhs edən çoxsaylı sənədli filmlərdə çəkildikdən sonra bütün dünyanın diqqətini cəlb ediblər. Hazırda 36 yaşlarında olan bacıların şəxsi həyatı, xüsusilə də intim münasibətlərini necə qurduqları hər zaman maraq doğurub.

Bacılardan birinin evliliyindən sonra münasibətləri dəyişibmi?

Gundelik.az vt.co-ya istinadən xəbər verir ki, Abby 2021-ci ildə tibb bacısı və ABŞ ordusunun veteranı Coş Boulinqlə ailə qurduqdan sonra yenidən gündəmə gəlib. Onların necə tanış olduqları və münasibətlərini necə davam etdirdikləri ilə yanaşı, cütlüyün intim həyatı da maraq doğuran mövzulardan birinə çevrilib.

2003-cü ildə yayımlanan “Joined For Life” adlı sənədli filmdə Abby və Brittany gələcəkdə ana olmaq istədiklərini qətiyyətlə bildiriblər. Onların anası Patti də bu ehtimalı belə şərh edib:

“Bu, yəqin ki, mümkün ola bilər, çünki həmin orqanlar normal fəaliyyət göstərir”.

Tarixdə rast gəlinən azsaylı iki başlı birləşik əkizlərdən olan bacıların başları, beyinləri, onurğa beyinləri, ürəkləri, mədələri və ağciyərləri ayrıdır. Lakin onlar qan dövranı sistemini, qaraciyəri, sidik kisəsini və reproduktiv orqanları paylaşırlar.

Əksər insanlar üçün həyat yoldaşı ilə intim münasibət zamanı bacı-qardaşın eyni otaqda olması narahatlıq yarada bilər. Lakin Abby və Brittany üçün vəziyyət fərqlidir və onların başqa alternativi yoxdur.

Abbynin evliliyindən qısa müddət sonra intim münasibətlər üzrə mütəxəssis Ariella Salinas Fiore “In Touch” nəşrinə açıqlamasında cütlüyün bu məsələnin öhdəsindən necə gələ biləcəyi barədə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, sağlam münasibətlərin və intim həyatın qorunması üçün tərəflər arasında açıq və dürüst ünsiyyət olduqca vacibdir. Abby və Brittany də bu baxımdan istisna deyillər.

Mütəxəssis Abby, Brittany və Coş arasındakı intim münasibətlərin spontan şəkildə baş verib-verə bilməyəcəyi ilə bağlı suala belə cavab verib:

“Düşünürəm ki, bu, yalnız planlaşdırma deyil, həm də bütün tərəflər arasında müstəsna ünsiyyət tələb edir”.

Abby və Coş şəxsi həyatlarını necə qururlar?

Ariella Salinas Fiore bacıları şəxsən tanımasa da, onların eyni intim orqanları paylaşmalarına baxmayaraq, hər dəfə intim münasibət üçün hər iki bacının razılığının mütləq tələb olunmadığını düşünür. Çünki onlar eyni bədəni paylaşsalar da, ayrı-ayrı insanlardır.

Mütəxəssis bildirib:

“Belə bir vəziyyətdə əkizlərdən biri maraqlı deyilsə, onlar başqa bir fəaliyyətlə məşğul olmalı olacaqlar.

Məxfilik yaratmaq üçün yuxu maskası, qulaqlıq və ya başqa vasitələrdən istifadə edə bilərlər. Beləliklə, eyni bədən istifadə olunsa da, müəyyən şəxsi məkan yaratmaq mümkündür. Əlbəttə, bunlar sadəcə ehtimallardır”.

İzləyiciləri ən çox düşündürən məsələlərdən biri isə yeni evlənən cütlük intim münasibətdə olarkən Brittanynin özünü necə hiss etməsidir.

Ariella bu barədə belə proqnoz verib:

“Bu, əkizlərin bacısı bədənini idarə edərkən baş verənlərdən nə dərəcədə uzaqlaşa bilməsindən və buna nə qədər alışmasından asılıdır”.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.