Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ-nin Serbiyanın enerji şirkəti “Naftna Industrija Srbije” (NIS) üzərinə tətbiq etdiyi sanksiyaların ölkə üçün ciddi nəticələr doğurduğunu bildirib.
Gundelik.az TASS-a istinadən xəbər verir ki, “Qazprom Neft”in törəmə şirkəti olan NIS 2025-ci ilin əvvəlində ABŞ-nin Xüsusi Təyin olunmuş Vətəndaşlar Siyahısına (SDN Siyahısı) daxil edilib.
Vuçiç qeyd edib ki, ABŞ Rusiya kapitalının Serbiyadan tamamilə çıxarılmasını tələb edir. Qeyd edək ki, NIS-in səhmlərinin 56,14%-i Rusiyanın “Qazprom” və “Qazprom Neft” şirkətlərinə məxsusdur.
Prezident Vuçiç əlavə edib ki, Serbiya hakimiyyəti Rusiya tərəfi ilə NIS-in taleyini müzakirə etməyə davam edir, çünki ABŞ-la “danışacaq başqa yol qalmayıb”.
Avqustun 27-də Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Djedović-Handanovic açıqlayıb ki, ABŞ Maliyyə Nazirliyi NIS-ə qarşı altıncı sanksiyaların tətbiqini təxirə salıb və məhdudiyyətlərin tətbiqi 26 sentyabr tarixinə qədər təxirə salınıb. Qeyd olunur ki, Serbiya daha əvvəl NIS şirkətini almağa hazır olduğunu açıqlamışdı.
Gundelik.az

