Valideynlərin davranış və münasibəti uşaqların xəyal gücünün və yaradıcı düşünmə qabiliyyətinin inkişafına ciddi təsir göstərir. Bəzən valideynlər fərqinə varmadan sərgilədikləri münasibətlərlə uşaqların yaradıcılığını məhdudlaşdıra bilirlər.
Həddindən artıq tənqid yaradıcılığı zəiflədir. Uşağın işini davamlı tənqid etmək onun özünəinamını azalda və yeni fikirlər sınamaqdan çəkindirməyə səbəb olur. Bunun əvəzinə konstruktiv rəy vermək və səhvləri öyrənmək fürsəti kimi göstərmək daha faydalıdır.
Mükəmməllik gözləntisi də uşağın risk etməkdən çəkinməsinə səbəb olur. Yaradıcılıq sınaq, səhv və yeni yollar kəşf etməklə inkişaf edir.
Digər uşaqlarla müqayisə uşağın özünəinamını sarsıdır. Hər uşağın fərqli istedad və bacarıqlara malik olduğu nəzərə alınmalıdır.
Həddindən artıq qoruyuculuq da uşağın müstəqil düşünməsinə mane olur. Uşaqlara səhv etmək, öyrənmək və öz qərarlarını vermək üçün müəyyən qədər sərbəstlik vermək vacibdir.
Bundan başqa, uşağın yaradıcılıq fəaliyyətlərinə maraq göstərməmək və onu kifayət qədər dəstəkləməmək də yaradıcılıq potensialının inkişafını məhdudlaşdırır.
Valideynlər nə edə bilər?
Uşağın fikirlərini dinləyin və onlara hörmətlə yanaşın.
Onun yaradıcı cəhdlərini tərifləyin və həvəsləndirin.
Səhv etməkdən qorxmaması üçün ona dəstək olun.
Təcrübələr aparmasına və yeni şeylər kəşf etməsinə imkan verin.
Fərqli fikir və baxışlara açıq olun.
Evdə təhlükəsiz və dəstəkləyici mühit yaradın.
Rəsm çəkmək, musiqi dinləmək, kitab oxumaq və teatr kimi yaradıcı fəaliyyətlərə birlikdə vaxt ayırın.
Unutmaq olmaz ki, yaradıcılıq yalnız rəsm və ya musiqi bacarığı deyil. Problem həll etmək, fərqli düşünmək, yenilikçi ideyalar irəli sürmək və dünyaya özünəməxsus baxış formalaşdırmaq da yaradıcılığın mühüm hissələridir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
