Avqust 27, 2026
Baku
Ölkə Xəbərlər

“Azəri Med”in aptekində qanun pozuntusu aşkarlandı

“Azəri Med” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Qax rayonunda cərimə olunub.

Gundelik.az Yurd.Media-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən şirkətin Qax şəhəri, H.Əliyev prospekti, 20 yanvar küçəsi ərazisində yerləşən aptekində yoxlama aparılıb.

Məlum olub ki, “Azəri Med”ə məxsus obyektdə aptek təşkilatlarının tələblərinin pozulması – resept əsasında buraxılmalı olan dərman vasitənin reseptsiz satılması faktı aşkar edilib.

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə protokol tərtib edilib.

Qax Rayon Məhkəməsinin qərarı ilə “Azəri Med” 150 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, “Azəri Med” şirkəti farmaseftik preparatların satışı ilə məşğul olur. Bu şirkət məşhur “Zəfəran” apteklər şəbəkəsinə də nəzarət edir. Şirkətin nizamnamə kapitalı 8,2 milyon manatdır və qanuni təmsilçisi Famil Rəhimlidir.