Çilinin şimal hissəsində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Gundelik.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Məlumata əsasən, bu gün axşam saatlarında baş verən zəlzələnin episentri Ovalle şəhərindən 47 km qərbdə olub.
Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “çox güclü” kimi qiymətləndirilir.
Dağıntı və xəsarət alanların olub-olmaması ilə bağlı məlumat açıqlanmayıb.
Gundelik.az

