İyul 8, 2026
Baku
Dünya Hadisə Xəbərlər

Türkiyədə toyda kütləvi zəhərlənmə: 50 nəfər xəstəxanalara yerləşdirildi

Türkiyənin Çorum şəhərində toyda qidadan kütləvi zəhərlənmə olub.

Gundelik.az xəbər verir ki, bu barədə “İhlas” agentliyi məlumat verib.

Bildirilib ki, mərasimdə təxminən 50 nəfərin halı pisləşib.

Qeyd olunur ki, ürəkbulanma, qusma və qarın ağrısı əlamətlərinin müşahidə olunduğu qonaqlar xəstəxanalara çatdırılıblar. Lazımi müalicə aldıqdan sonra onlar evə buraxılıblar.

Zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edən vətəndaşların ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.