Gundelik.az Dünya Tramp Medvedevə kobud cavab verib
Dünya Siyasət Xəbərlər

Tramp Medvedevə kobud cavab verib

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə kobud cavab verib və ondan sözlərinə diqqət etməsini istəyib.

Gundelik.az xəbər verir ki, o bu barədə “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Rusiyanın uğursuz keçmiş prezidenti, hələ də özünü prezident hesab edən Medvedevə deyin ki, sözlərinə baxsın. O, çox təhlükəli əraziyə daxil olur!”, – Amerika lideri bildirib.

Bundan əvvəl Medvedev Trampın bəyanatlarına münasibət bildirib və onları Rusiya ilə müharibəyə aparan ultimatum oyunu adlandırıb. O, Amerika liderinin “yuxulu Bayden”in yolu ilə getməməli olduğunu vurğulayıb.

Gundelik.az 

Exit mobile version