İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası “TikTok” sosial şəbəkəsinin sahibi olan Çinin “ByteDance” şirkətini avropalı istifadəçilər haqqında məlumatların qanunsuz olaraq Çinə ötürülməsinə görə 530 milyon avro cərimələyib.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Komissiya həmçinin “ByteDance”ə pozuntuları düzəltmək üçün altı ay vaxt verib.
Komissiyanın bildirdiyinə görə, şirkət Avropa “TikTok” istifadəçiləri haqqında məlumatları Çin hakimiyyətinin əldə edə biləcəyi Çin serverlərində saxlayıb.
“Bu, avropalılar haqqında məlumatların digər ölkələrin hakimiyyət orqanlarına ötürülməsini qadağan edən Avropa Birliyinin mövcud qaydalarının pozulmasıdır”, – məlumatda qeyd olunub.
“TikTok” nümayəndələri tənzimləyicinin qərarından şikayət edəcəklərini bildiriblər və heç vaxt Çin səlahiyyətlilərindən Avropa vətəndaşları haqqında məlumat sorğusu almadıqlarını və heç vaxt belə məlumatları onlarla paylaşmadıqlarını qeyd ediblər.
Gundelik.az
