İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Çinlilər kosmosda ilk dəfə ət və toyuq qızardıblar

Çinli taikonavtlar “Tienqonq” Kosmik Stansiyasında quraşdırılmış xüsusi sobadan istifadə edərək ilk dəfə orbitdə ət və toyuq qızardıblar.

Gundelik.az-ın “Global Times” nəşrinə istinadən  məlumatına görə, “Şençjou-20” və “Şençjou-21” missiyalarının heyəti stansiyada quraşdırılmış tüstüsüz sobada yemək hazırlayıb. Paylaşılan görüntülərdə taikonavtların toyuq qanadlarını və ət parçalarını bişirdiyi anlar əks olunub.

Rəsmi açıqlamada bildirilib ki, soba taikonavtların həyat şəraitini yaxşılaşdırmaq məqsədilə hazırlanıb və kosmik stansiyanın təhlükəsizlik standartlarına tam uyğundur. Yeni avadanlıq sayəsində orbitdə bişirilə bilən qida növlərinin sayı 190-dan çox olub. Artıq təzə tərəvəz, tort və ət məhsullarının hazırlanması da mümkündür.

Sosial mediada geniş müzakirə olunan görüntülər istifadəçilər tərəfindən “Çinin kosmos tədqiqatlarında yeni mərhələyə qədəm qoyması” kimi dəyərləndirilib.

Gundelik.az