Avstraliyanın Hobart şəhərinin limanında dünyanın ən böyük elektrik mühərrikli gəmisi suya salınıb.
Gundelik.az “The Guardian”a istinadən xəbər verir ki, gəminin uzunluğu 130 metrdir.
“İnkat” tərəfindən inşa edilən gəmi “Hull 096” adlanır. Gəmi Cənubi Amerikanın bərə operatoru “Buquebus” tərəfindən layihələndirilib və Argentinanın paytaxtı Buenos-Ayres ilə Uruqvay arasında La Plata çayı boyunca xidmət göstərəcək.
Gəmi 2100 sərnişin və 225 nəqliyyat vasitəsi daşıma gücünə malikdir.
“Hull 096” yalnız akkumulyatorlardan gələn elektrik enerjisi ilə işləyəcək. Onların ümumi kütləsi 250 ton, quraşdırılmış gücü isə 40 meqavat-saatdan çoxdur. Gəmi istehsalçısı “Hull 096″nı indiyə qədər həyata keçirdikləri ən iddialı, mürəkkəb və vacib layihə kimi təsvir edib.
Gundelik.az
