İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Husilərin hücumları Qırmızı dənizdə gəmi xərclərini artırıb

Husilərin hücumlarını bərpa etməsindən sonra Qırmızı dənizdən keçən gəmilərin sığortalanmasının qiyməti kəskin artıb.

Gundelik.az xəbər verir ki, bu barədə “Financial Times” dünyanın ən böyük sığorta brokeri “Marsh McLennan”ın məlumatlarına istinadən yazır.

Şirkətin məlumatına görə, iyulun 6-da Yunanıstanın “Magic Seas” yük gəmisinə hücumdan əvvəl gəminin sığortası onun dəyərinin 0,4%-nə başa gəlirdisə, risklərə görə sığorta haqları gəminin dəyərinin 1%-nə çatıb.

Nəticədə 100 milyon dollarlıq bir gəminin sığortalanmasının dəyəri hər səyahət üçün 300 min dollardan təxminən 1 milyon dollara yüksəlib.

Gundelik.az