Mənzillər niyə bahalaşır: Görünən və görünməyən səbəblər
Bakıda mənzil bazarında qiymət artımı son dövrlərdə diqqət çəkən əsas iqtisadi məsələlərdən biridir. Paytaxtda daşınmaz əmlakın bahalaşmasını yalnız mənzilə olan tələbin artması ilə izah etmək mümkün deyil. Bu prosesə tikinti xərclərinin yüksəlməsi, torpaq sahələrinin məhdudluğu, əhalinin və iqtisadi aktivliyin Bakıda cəmlənməsi, mənzilin investisiya alətinə çevrilməsi, eləcə də ipoteka və kredit imkanları kimi bir sıra amillər
