“‘Diplomats of Shame’ başlığı diplomatik fəaliyyətin obyektiv qiymətləndirilməsi deyil, siyasi etiketləmədir. Diplomatiyada mövqelər toqquşa, dövlətlərin yanaşmaları fərqlənə bilər, lakin xarici diplomatların kollektiv şəkildə hədəfə alınması nə beynəlxalq dialoqa, nə də peşəkar diplomatik etikaya xidmət edir.Xarici diplomatlar məhz Azərbaycanın suveren ərazilərinə səfər ediblər və bu beynəlxalq hüquq prinsiplərinə uyğun diplomatik davranıșdır.Bu səfər Azərbaycan və Ermənistan arasında sülh qoruculuğuna xələl gətirəcək səbəb ola bilməz.Ermənilərin sosial platformalarda qondarma “Artsax” ritorikası altında aktivləșməsi də diqqətdə saxlanılmalıdır.
Azərbaycanın mövqeyinin əsas üstünlüyü ondan ibarətdir ki, Bakı öz xarici siyasətini kənardan verilən siyasi qiymətləndirmələrə deyil, milli maraqlara, suverenliyə, regional əməkdaşlığa və dialoqa əsaslandırdığını açıq şəkildə bəyan edir.
Prezidentin köməkçisi Hikmət Hacıyevin son açıqlamalarında da məhz bu xətt – müstəqil xarici siyasət, regional məsuliyyət və tərəfdaşlıq – ardıcıl şəkildə ifadə olunur.

İlqar Hüseynli
Sosial Strateji Tədqiqatlar və Analitik Arașdırmalar Ictimai Birliyinin Prezidenti
Gundelik.az
