Tailandda təyyarə qəzası: ölən və xəsarət alanlar var
Tailandda Ça-Am çimərliyinin 100 metrliyində yüngül mühərrikli təyyarə dənizə qəza enişi edib. Gundelik.az xəbər verir ki, bu barədə “Khaosod” nəşri məlumat yayıb. Məlujata əsasən, qəza zamanı beş nəfərin ölüb, bir nəfər isə ağır yaralanaraq müvafiq xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasetmə xidmətləri işləyir. Ça-Am kurortu ölkənin cənub-şərqində, Tailand körfəzinin sahilində yerləşir. Gundelik.az
