ABŞ-də “Delta Air Lines” aviaşirkətinin bir neçə sərnişini uçuş zamanı təyyarənin salonun tavanının çökməsi nəticəsində xəsarət alıb.
Gundelik.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, ötən gün Kaliforniyadan Corciyaya uçuş həyata keçirən təyyarənin tavanı qoparaq sərnişinlərin üzərinə düşüb. Nəticədə təyyarədə olan sərnişinlər xəsarət alıblar. Onların dəqiq sayı açıqlanmır.
Bildirilib ki, fövqəladə hadisə orta yaşı 27 olan “Boeing 757” təyyarələrindən birində baş verib.
Faktla bağlı müvafiq araşdırmalara başlanılıb.
Gundelik.az
