İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İt təyyarədə olan sərnişini dişlədi, uçuş təxirə salındı

“American Airlines”a məxsus təyyarənin göyərtəsində xidməti it sərnişini dişləyərək uçuşun təxirə salınmasına səbəb olub.

Gundelik.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, hadisə aprelin 15-də Yuta ştatının Provo şəhərindən ABŞ-nin Texas ştatının Dallas şəhərinə uçan təyyarənin göyərtəsində baş verib.

Pilotlar marşrutu dəyişməyə və Kolorado Sprinqs şəhərinə təcili eniş etməyə məcbur olublar.
Enişdən sonra heyvan dişləməsinin qurbanı yerli xəstəxanaya çatdırılıb.

Yaranın nə dərəcədə ciddi olduğu və xəstənin hazırda harada olduğu açıqlanmır.

Kolorado Sprinqs polisi və FTB hadisəni araşdırmayacaqlarını bildiriblər.

Gundelik.az