İqtisadçı Samir Heydərov: “Qarşıdan gələn qış iqtisadi böhran deyil, mülayim inflyasiya və bahalaşma dövrü olacaq”
2026-cı ilin son aylarına yaxınlaşdıqca qarşıdan gələn qış mövsümünün Azərbaycan iqtisadiyyatına mümkün təsirləri də gündəmə gəlir. İqtisadi artımın dinamikası, qeyri-neft sektorunun inkişafı, əhalinin gəlirləri və inflyasiya göstəriciləri, eləcə də manatın məzənnəsinin sabitliyi əsas müzakirə mövzularındandır. Xüsusilə qış aylarında ərzaq, xidmət və kommunal xərclərin artması əhalinin gündəlik büdcəsinə təsir göstərə bilər. Digər tərəfdən, Azərbaycanın valyuta ehtiyatlarının
