Son illərdə intellekt texnologiyalarının sürətlə inkişafı yalnız texnologiya sektorunda deyil, həm də iqtisadiyyatın bütün sahələrində böyük dəyişikliklərə səbəb olub. Bu barədə yaranan aktual suallara aydınlıq gətirmək üçün iqtisadçı ekspert Samir Heydərova suallar ünvanladıq. Müsahibəni sizlərə təqdim edirik:
Samir müəllim, ChatGPT kimi suni intellekt alətlərinin iqtisadiyyata təsiri barəsində nə deyə bilərsiniz?
–Chat GPT və ümumilikdə süni intellekt (Sİ)modellərinin iqtisadiyyata təsiri geniş və çox şaxəlidir.BU təsirlər həm müsbət , həm də mənfi ola ilər.
Müsbət təsirlərdən birincisi iş məhsuldarlığının artmasıdır.
Belə ki,Chat GPT kimi alətlər insanların tapşırıqları daha tez və effektiv yerinə yetirməsinə kömək edir.Məsələn (hesabat yazmaq,kodlaşdırma,e-poçt yazışmalarl)
Bu şirkətlərin əmək xərclərini azldır və istehsalın keyfiyyətini artırır.
İkincisi Süni intellekt sahəsində yeni peşələr yaranır.Sİ mühəndisi ,prompter,Aİ etik mütəxəsisi və.s
Bu texnologiyaları inkşf etdirən və tətbiq eədnlər üçün böyük bazar açılır.
Chat GPT təhsil alətləri kimi də istifadə olunur.İnsanlar fərdi şəkildə öyrənə ,məlumat tapa və bacarıqlarını inkşaf etdirə bilirlər.
Biliyin əlçatanlığı sayəsində inkşaf etməkdə olan ölkələrdə bilik bərabərliyi artır.
Müştəri xidmətlərində chatbotlar və avtomatlaşdırma tətbiq edilməklə xidmətin artrılır. Eyni zamanda bu müştəri məmnunluğu və əməliyyat səmərəliliyni artırır.
Potensial mənfi təsirlərə gəldikdə isə müəyyən sahələrdə məsələn tərcümə ,yazı dəstək xidməti)insan əməyinə tələbat azala bilər.
Aşağı və orta bacarıqlı işçilər işsizlik riski ilə üzləşə bilər.
Digər tərəfdən yüksək texnoloji tərəqqiyə malik olan inkşaf etmiş ölkələrdə süni intellekdən faydalanma imkanı daha geniş olduğundan (məsələn böyük şirkətlər,inkşaf etmiş ölkələr)onlar iqtisadi rəqabətdə üstünlük qazanırlar.
Bu isə iqtisadi və sosial bərabərsizliyi daha da dərinləşdirir.
Chat Gpt və süni intellekt iqtisadiyyata dərin və sürətli dəyişikliklər gəirir.
Bu dəyişikliklər effektivlik və yenilik gətirə bilər.
Amma eyni zamanda ictimai adaptasiya və tənzimləmə mexanizmləri tələb edir.
Konkret olaraq Azərbaycan iqtisadiyyatına gəldikdə isə bu texnologiyalarla Azərbaycan enerji sektorunda BP ,SOCAR kimi TMŞ-lər Sİ əsaslı analiz sistemlərindən istifaə etməyə başlayıblar.
Sİ vasitəsilə quyuların monitorinqi, təhlükəsizliksistemləri,və enerji istehsalında effektivlik artır.
BU istehslın maya dəyərini azaldır,daha az resursla daha çox gəlir əldə etməyə imkan verir.
Aqrar sektorda məhsuldarlıq artır.Dronlar,sensorlar və Sİ əsaslı hava proqnoz sistemləri sınaqdan keçrilir.
Bu texnologiyalar sayəsində :
Torpağın vəziyyəti və məhsul yığım vaxtı dəqiq təyin edilir.
Gübrə su ilə bağlı israf azaldılır.
Nəticədə kənd təsərrüfatı daha rəqabətqabiliyyətli olur.
Dövlət xidmətlərinin avtomatlaşdrılması və (e-gov) layihəsi çərçivəsində “ASAN xidmət”, “mygov”, “E-taxes”kimi platformalarda Aİ chatbotlar ,sənəd tanıma sistemləri tətbiq olunur.
BU sistemlər insan resurslarını azaldır əməliyyat sürətini arıtırır,korrupsiya riskini minimuma endirir.
Təhsil sahəsində Sİ yeni imkanlar yaradır.Tədqiqat imkanlarını genişləndirir.
Elmi məhsuldarlığı artırır.Vaxta qənaət edir.
Azərbaycanın bəzi universitetləri (ADA,UNEC,Bakı Ali Neft Məktəbi) Sİ kursları və layihələri təklif edir.
Burda məqsəd rəqəmsal iqtisadiyyat üçün kadr bazasını formalaşdırmaqdır.
Süni intelelkt Azərbaycan iqtisadiyyatına böyük frsətlər təqdim edir,bununla bağlı “Rəqəmsal Azərbaycan”(2022-2026) strategiyası qəbul olunmuşdur.
Yerli startaplar və tədqiqatçılar dəstəklənir.Peşə və təhsil sahəsində yeni peşələrlə bağlı hazirlıq proqramları gətirilir.
Suallara aydınlıq gətirdiyi üçün Samir Heydərova təşəkkür edirik.
Gundelik.az
