Tramp və Zelenski görüşünün mümkün iki nəticəsi dəyərləndirilib
ABŞ Prezident Donald Trampın Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa dövlətlərinin liderləri ilə görüşdən çıxan əsas iki nəticədən danışmaq mümkündür. Gundelik.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb. O bildirib ki, birincisi, Ukrayna Prezidenti ərazi mübadiləsinin müzakirəsinin əleyhinə deyil: “Ancaq o bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinlə təkbətək və Trampın
