İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Trampın Putinə “hədiyyəsi” üzə çıxıb

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini Alyaskada Ukrayna münaqişəsinin nizamlanması üzrə görüşə dəvət edərək ona hədiyyə edib

Gundelik.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

“ABŞ prezidenti Putini üçüncü ölkəyə deyil, Alyaskaya dəvət etməklə artıq Kremlə hədiyyə verib”, – nəşr yazır.

Məqalədə bildirilir ki, avropalıların Donald Trampın nəhayət Putini “oynamaqdan yorulduğuna” və Rusiyaya qarşı sərt mövqe tutmağa hazır olduğuna dair ümidlərinin keçici olduğu ortaya çıxıb.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü avqustun 15-də Alyaskada baş tutacaq. Əsas vurğulanan mövzu Ukraynada sülhdür. Müzakirə olunan təkliflər arasında ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər.

Gundelik.az