“Bakı və Tbilisinin reallaşdırdığı layihələr regionun iqtisadi xəritəsində mühüm rol oynayır”
Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri Cənubi Qafqaz regionunda siyasi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, verilən bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir. Görüşlərdə əsas diqqət ərazi bütövlüyü və suverenliyə dəstək, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitliyin təmin olunmasına yönəldi. Aydındır
