”Bakı-Aşqabad tərəfdaşlığı regional əməkdaşlığın uğurlu modelidir”
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Səfər çərçivəsində keçirilən görüşlərdə siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlığın perspektivləri geniş müzakirə olundu. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “bu səfər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək”. Dövlət başçıları
