Gələn ildən Azərbaycanda “Ai-95” markalı benzin istehsalı dayandırılacaq? – RƏSMİ AÇIQLAMA
2026-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda “Ai-92” və “Ai-95” markalı benzin istehsalı davam etdiriləcək. Gundelik.az xəbər verir ki, bu barədə Report”un sorğusuna cavab olaraq bəzi media resurslarında gələn ildə Heydər Əliyev adına Neft Emalı Zavodunda “Ai-95” markalı benzin istehsalının məhdudlaşdırılacağı ilə bağlı dərc olunan məlumatlara aydınlıq gətirilərkən bildirilib.
