İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycanda bentonit istehsalı artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 172,7 min ton bentonit istehsal olunub.

Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 63,5 min ton və ya 58,2% çoxdur.

Cari ilin avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 206,3 min ton təşkil edib.

Qeyd edək ki, Azərbaycanda 2025-ci ilin yanvar-aprel ayları ərzində mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13,1 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7% azalıb.

Gundelik.az