İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycanda tikinti kərpici istehsalı artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 383,4 min kubmetr tikinti kərpicləri istehsal edilib.

Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə tikinti şüşəsinin istehsal həcmi 8,3% və ya 29,3 min kubmetr artıb.

Cari ilin avqustun 1-nə hazır məhsul ehtiyatı 10,1 min kubmetr təşkil edib.

Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-iyul aylarında istehsalın ümumi dəyəri 782,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz azalıb.

Gundelik.az