İyul 8, 2026
Baku
Kateqoriya seçilməyən

“Çıraq-1” və “Çıraq-2” KSES-lərdə indiyədək nə qədər elektrik enerjisi istehsal edilib?

“Çıraq-1” və “Çıraq-2” kiçik su elektrik stansiyalarında (KSES) indiyədək istehsal edilən elektrik enerjisinin həcmi məlum olub.

Gundelik.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, ümumi gücü 8,33 MVt olmaqla, hər biri 4,165 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tipli “Çıraq-1” KSES-də istismara verildiyi tarixdən iyulun 1-dək 51 milyon kVt-st elektrik enerjisi istehsal edilib.

Hər biri 3,0 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət ümumi gücü 6,0 MVt olan basqılı derivasiya tipli “Çıraq-2” KSES-də isə bu ilin iyul ayınadək 40,4 milyon kVt-st elektrik enerjisi istehsal edilib.

Xatırladaq ki, 2023-cü ilin 25 avqust tarixində Kəlbəcər rayonunun Tərtər çayı  üzərində yerləşən “Çıraq-1” və Qaraarxac çayı üzərindəki “Çıraq-2” kiçik su elektrik stansiyaları istismara verilib.

Qeyd edək ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunur.

Gundelik.az