Qələbəni kim qazanır: futbolçular, yoxsa oyun planı?
Müasir futbol artıq bir futbolçunun oyunun taleyini təkbaşına həll etdiyi dövrü geridə qoyub. Bir zamanlar meydandakı hər detal fərdi ilhamdan asılı idisə, bu gün qələbənin açarı daha çox düzgün qurulmuş oyun sistemi, taktiki intizam və kollektiv düşüncə ilə müəyyən olunur. Futbolda baş verən bu dəyişiklik təsadüfi deyil – illər ərzində formalaşan yeni oyun fəlsəfəsinin məntiqi
