İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Bu ölkədə futbol üzrə çempionat təxirə salındı – SƏBƏB

Futbol üzrə İtaliya çempionatının bazar ertəsi keçirilməsi planlaşdırılan dörd oyunu yeni tarixə təxirə salınıb.

Gundelik.az xəbər verir ki, bu barədə İtaliya futbolunun əsas divizionu olan A Seriyasının rəsmi saytında məlumat paylaşılıb.

Bildirilib ki, bu qərar bu gün Papa Fransiskin ölümü ilə bağlı olaraq qəbul edilib.

Məlumata görə, söhbət “Torino” – “Udineze”, “Kalyari” – “Fiorentina”, “Cenoa” – “Latsio”, “Parma” – “Yuventus” matçlarından gedir.

Bu görüşlərin yeni tarixləri daha sonra açıqlanacaq.

Qeyd edək ki, Papa Fransisk 2025-ci il aprelin 21-də bazar ertəsi günü, 88 yaşında Vatikanda Santa Martadakı iqamətgahında vəfat edib.

Gundelik.az